“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən Fələstinlə İsrail ordusu arasında 72 saatlıq atəşkəs razılığı əldə olunub. İsrail ordusunun sözçüsü Yarbay Peter Lerner açıqlamasında bildirib ki, 17 İyulda başlanan əməliyyat dayandırılıb.
Qeyd edək ki, iyulun 17-dən bugünə qədər İsrailin hücumları nəticəsində aralarında qadınların və uşaqların da olduğu 1867 fələstinli ölüb, 9470 nəfər isə yaralanıb.
Son xəbərlər
Son Xəbərlər