İsrail Qəzzanı bombaladı

israil-qezzani-bombaladi
Oxunma sayı: 646

İsrail hava qüvvələri Qəzza bölgəsinə raket zərbələri endirib. Məlumata görə, son bir sutka ərzində davam edən zərbələr nəticəsində 7 nəfər öldürülüb. Onlar arasında 14 yaşlı yeniyetmənin də olduğu bildirilir.

Hava zərbələrindən birinin hədəfi Həmasın döyüşçü qolu olan Rəfah şəhərində yerləşən Əzzədin əl-Kasam briqadası olub. Həmçinin, dəniz polisi alayına da hücum edildiyi bildirilir. Həmas silahlıları isə hücumlara cavab olaraq İsraillə sərhəd bölgələrə raket zərbələri endiriblər. İsrail radiosunun verdiyi məlumata görə, nəticədə biri ağır olmaqla 4 sərhədçi yaralanıb.

anspress