Qəzza zolağından İsrailin Sderot şəhərinə 8 ədəd raket atılması nəticəsində 2 israilli əsgər yaralanıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu buna cavab olaraq Qəzzadakı 12 obyekti bombalayıb. İsrail ordusunun bəyanatında deyilir:
“İsrail qırıcıları Qəzza sektorunda terrorçuların 12 obyektinə zərbə endirib. Bu obyektlər arasında zavod, fabrik, hərbi kompleks, şaxta da var”.
Son xəbərlər
Son Xəbərlər