İsrail Qəzzanı vurdu, Fransanın səfiri yaralandı

israil-qezzani-vurdu-fransanin-sefiri-yaralandi
Oxunma sayı: 656

APA-nın məlumatına görə, Fələstinin “Əl-Qüds briqadası” qruplaşması hava zərbələri nəticəsində dörd üzvünü itirdiyini açıqlayıb. İsrail hərbi dairələrindəki anonim mənbə aviazərbələrin dünən səhər İsrailin cənubuna endirilən artilleriya zərbələrinə cavab xarakteri daşıdığını bildirib. Fələstin tərəfin açdığı atəş nəticəsində dörd nəfər yaralanıb. Son məlumata görə, İsrail təyyarələrinin endirdiyi zərbələr nəticəsində ölənlər arasında “Xalq Müqavimət Hərəkatı Komitəsi”nin baş katibi Zuxir əl-Kaisi də var.

İsrailin Fələstinin Qəzza sektorunu bombalaması nəticəsində Fransanın Qəzzadakı konsulu və onun ailə üzvləri yaralanıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, İsrailin atdığı raket diplomatın iqamətgahının 200 metrliyində partlayıb. Nəticədə konsul, onun həyat yoldaşı və 13 yaşlı qızı qəlpə yaraları alıblar.

Hadisə ilə əlaqədar İsrailin Parisdəki səfiri Fransa XİN-ə çağırılaraq ona rəsmi etiraz bildirilib.

musavat.com