İsrail Qəzzanı yenə vurdu

israil-qezzani-yene-vurdu
Oxunma sayı: 1013

İsrail Həmasın Qəzzadakı hərbi qanadı “İzzəddin əl-Kassam” briqadasının 3 nöqtəsinə artilleriya zərbələri endirib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, İsrail ordusu Qəzzanın şimalındakı Beyt Hanun bölgəsində 2, Cuhr ed-Dik kəndində isə 1 nəzarət məntəqəsinə artilleriya zərbələri endirib.

Fələstin Səhiyyə Nazirliyi hücum nəticəsində can itkisi ilə əlaqədar heç bir məlumat açıqlamayıb. İsrail ordusu isə verdiyi açıqlamada hücumun Qəzzadan edilən raket hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.