İsrail Qəzzaya hava zərbələri endirdi - Video

israil-qezzaya-hava-zerbeleri-endirdi
Oxunma sayı: 2861

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənub və şimal bölgələrinə hava zərbələri endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb. 

Bildirilib ki, hədəf HƏMAS-ın hərbi təlim düşərgələri, kəşfiyyat zonaları olub. 

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada ölənlərin sayı 1537 nəfərə yüksəlib.