İsrail Xarici İşlər Nazirliyi BMT-nin Baş katibi Antonio Quterreşi “arzuolunmaz şəxs” (“persona non grata”) elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrail XİN yayıb.
Bildirilir ki, İsrailin XİN rəhbəri İsrael Katz Quterreşin ölkəyə girişini qadağan edib.
Məlumata görə, buna səbəb baş katibin İranın İsrailə hücumunu qınamaması olub.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. İsrail Müdafiə Ordusu İrandan ölkə ərazisinə təqribən 180 raket atıldığını bəyan edib.