İsrailin Şimali Makedoniyadakı səfiri Dan Oryan ölkənin prezidenti Stevo Pendarovski ilə görüşü zamanı bir əli üstə durub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ölkə rəhbəri Feysbuk hesabında yazıb.
“Bu şəkil qoy məşqlərin olduqca vacib və bəzən də məzəli olduğunu göstərən motivasiya olsun”, - şəkli şərh edən Pendarovski yazıb.
Qeyd edək ki, iyulun 26-da Pendarovski ilə Oryan arasında görüş keçirilib. Tərəflər iki ölkə arasındakı bir çox məsələləri müzakirə edib.
Son xəbərlər
Son Xəbərlər