İsrail səfiri də bugünkü şəhidlərimizdən yazdı

israil-sefiri-de-bugunku-sehidlerimizden-yazdi
Oxunma sayı: 1399

İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Corc Dik də Kəlbəcərdə ikisi jurnalist olmaqla, üç mülki sakinimizin şəhid olması ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, səfirin tvitter hesabındakı paylaşımında deyilir:

“Azərbaycanda - Kəlbəcərdə iki jurnalistin mina partlayışında ölməsi xəbəri bizi çox kədərləndirdi. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilədir.

Allah rəhmət eləsin!”