İsrail sərhədlərini xarici turistlərə bağladı

israil-serhedlerini-xarici-turistlere-bagladi
Oxunma sayı: 1009

İsrailin Əhali və Miqrasiya Qeydiyyatı İdarəsi xarici turistlərin ölkəyə gəlməsinə tamamilə qadağa qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Turizm Nazirliyinin mətbuat xidməti açıqlama verib.

Daha əvvəl qadağa xarici turistlər üçün iki həftəlik giriş məhdudiyyətindən ibarət olub. İsrail Səhiyyə Nazirliyi epidemiyanın yayılmasının qarşısını almaq üçün qadağanın sərtləşdirilməsini tövsiyə edib. Bu səbəbdən martın 18-dən etibarən İsrail vətəndaşı olmayan və ya İsraildə yaşayış icazəsi olmayan bütün xarici vətəndaşlar üçün ölkəyə giriş bağlanıb. Qadağa bütün sərhəd keçid məntəqələrində qüvvədədir.

Qeyd edək ki, İsraildə 529 koronavirusa yoluxma faktı aşkarlanıb, ölümlə nəticələnən hallar hələ ki, qeydə alınmayıb.