İsrail Hərbi Hava Qüvvələrinin helikopterləri Kuneytra əyalətinin cənubundakı Suriya ordusunun mövqelərinə zərbə endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Mayadin” kanalı məlumat yayıb.
Kanalın verdiyi məlumata əsasən hücum zamanı Al-Baas şəhərindəki hərbi şəhərciyə zərbə endirilib. Xəsarət alanın olmadığı açıqlanıb.
İsrail ordusundan verilən məlumata görə, hava zərbələri Suriya tərəfində atılan artilleriya atəşinə cavab olub.
Son xəbərlər
Son Xəbərlər