İsrail Suriya təyyarəsini vurdu

israil-suriya-teyyaresini-vurdu
Oxunma sayı: 1319

İsrail Suriyaya məxsus təyyarəni vurub.

“Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, İsrail ordusu “Сухой” adlı Suriya hərbi təyyarəsinin hava sərhədlərini pozduğuna görə vurulduğunu bəyan edib. Təyyarə iki raket tərəfindən məhv edilib. Suriya dövlət KİV-ləri isə yazır ki, orduya məxsus təyyarə ölkənin cənubunda reyd apararkən vurulub.  

Onu da qeyd edək ki, “Сухой”un ekipajı barədə heç bir məlumat yoxdur.

Aysel Kərimova