Suriya ordusu İsraili Dəməşq yaxınlığındakı Suriya hərbi bazasının silah anbarına raket və aviazərbələr endirməkdə günahlandırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Suriya ərəb ordusu rəhbərliyi bəyan edib ki, İsrailin Hərbi-Hava Qüvvələri Dəməşqdən 13 kilometr uzaqlıqdakı Əl-Katifa rayonu yaxınlığındakı bazaya hücum edib. Qarşılığında isə İsrail təyyarələrindən biri vurulub.
İsrail hökuməti Suriyaya hava zərbələri endirməsi ilə bağlı xəbəri şərh etməyib.
Son xəbərlər
Son Xəbərlər