İsrail Suriyaya raket zərbəsi endirdi - Video + Yenilənib

israil-suriyaya-raket-zerbesi-endirdi
Oxunma sayı: 2502

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri Dəməşqə endirilən bir neçə raket zərbəsinin qarşısını alıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Ikhbariya” dövlət televiziyası xəbər verib.

Hava Hücumundan Müdafiə qüvvələri bir neçə obyekti vurmağa müvəffəq olub.   

Zərbələrin məhz hansı hərbi qüvvələr tərəfindən endirildiyi məlum deyil.

**

“Jerusalem Post” nəşri yazır ki, raketlər Qolan yüksəklikləri (İsrail-red.) tərəfindən buraxılıb.

Ehtimala görə, İsrail qüvvələrinin məqsədi şəhərdəki silah-sursat anbarları olub, hansıları ki, jurnalistlər “İran məqsədləri” kimi qeyd edir.

Məqalədə, həmçinin deyilir ki, İsrail Suriyaya Tehranın təsirini zəiflətmək üçün zərbələr endirir.

Hücum nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb.