İsrail üzr istədi

israil-uzr-istedi
Oxunma sayı: 3733

İsrail hökuməti 2014 və 2017-ci illərdə həlak olan İordaniya vətəndaşlarına görə üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İordaniyanın PETRA agentliyi məlumat yayıb.

Məlumata əsasən, İsrail hökuməti 2014-cü ilin mart və 2017-ci ilin iyulunda öldürülən iordaniyalılara görə üzr istəyib.

Açıqlamada İsrail tərəfinin sözügedən məsələ ilə əlaqədar qanuni prosedurlara başlayacağı və ölənlərin ailəsinə təzminat ödəyəcəyi də qeyd edilib.