İsrail xəz satışını qadağan edən ilk ölkə oldu

İsrail xəz satışını qadağan edən ilk ölkə oldu
Oxunma sayı: 2283

İsrail moda sənayesində xəz satışını qadağan edib.

“Qafqazinfo” “The Jeusaıim Post”a istinadən xəbər verir ki, bununla da İsrail dünyada ilkə imza atıb.

“Xəz sənayesi dünyada yüz milyonlarla heyvanı öldürür. Heyvan dərisinin və kürkünün dəb adına istifadəsi əxlaqsızlıqdır və lazımsızdır. Yeni qaydalar İsrail bazarını ətraf mühit və heyvanlar üçün daha etibarlı hala gətirəcək”, - deyə İsrailin ətraf mühit naziri Gila Qamliel bildirib.

Bununla bağlı qanunvericiliyə edilən müvafiq dəyişiklik 6 ay sonra qüvvəyə minəcək.