İsrail XİN-in əməkdaşları Baydenin səfərinə əngəl ola bilər

israil-xin-in-emekdaslari-baydenin-seferine-engel-ola-biler
Oxunma sayı: 1599

İsrail Xarici İşlər Nazirliyinin əməkdaşları ABŞ Prezidenti Co Baydenin İsrailə səfərinə əngəl törədə bilərlər. 

“Qafqazinfo” İsrail mediasına istinadən xəbər verir ki, XİN əməkdaşları əmək şərtlərinin yaxşılaşdırılmasını tələb edirlər. 

“Ynet” portalının məlumatına görə, XİN əməkdaşlarının tətil elan etməsi ABŞ liderinin İsrailə artıq razılaşdırılmış səfər proqramını poza və İsrailin nüfuzuna əhəmiyyətli dərəcədə xələl gətirə bilər. 

Bildirilir ki, Naftali Bennet hökumətinin hakimiyyətə gəlməsindən sonra ölkənin Maliyyə Nazirliyi sosial şərtlərin və əmək haqqının artırılması ilə bağlı həmkarlar ittifaqı ilə uzun sürən danışıqlar aparıb. Bir neçə gün əvvəl, həmkarlar ittifaqı danışıqların nəticəsiz qaldığını bildirərək ciddi tətil tədbirlərinin hazırlığına başlayıb.

Xatırladaq ki, Co Bayden iyulun 13-ü İsrailə səfər edəcək.