İsrail yenə dinc sakinləri gülləbaran etdi - 113 yaralı + Video

israil-yene-dinc-sakinleri-gullebaran-etdi
Oxunma sayı: 1317

Bu gün Fələstin xalqı Qəzzada “Böyük Qayıdış Yürüşü” çərçivəsində sərhəd bölgəsində növbəti dinc nümayiş keçriiblər.

“Qafqazinfo” xarici KİV-ə xəbər verir ki, İsrail hərbçiləri silahsız nümayişçiləri gülləbaran edib.

Hadisə nəticəsində 113 nəfər yaralanıb. Fələstin Səhiyyə naziri Əşrəf Əl-Kadra bildirib ki, tibbi çadıra gözyaşardıcı qaz atılması nəticəsində 10 tibb işçisi xəsarət alıb. Bununla da son 2 həftədə yaralananların sayı 3219-a çatıb.

Qeyd edək ki, 30 martdan bu günə qədər 34 nəfər şəhid olub. Onlardan 30-u 18 yaşdan kiçikdir. 445-i uşaq, 152-si qadın olmaqla isə 3088 nəfər yaralanıb. Bundan başqa, 1 jurnalist öldürülüb, 14-ü yaralanıb.

Qeyd edək ki, nümayişlərin daha 4 həftə davam edəcəyi gözlənilir.