İsrail yenidən maskaya qayıdır

israil-yeniden-maskaya-qayidir
Oxunma sayı: 3319

İsraildə koronavirusa yoluxmanın artması səbəbindən qapalı məkanlarda maska taxmaq məcburiyyəti yenidən tətbiq olunacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İsrail administrasiyası bununla bağlı qərar qəbul edib.

Sözügedən qaydanın tətbiqinə iyunun 27-dən başlanacaq.

Bundan başqa, vaksinasiyadan keçməyən israillilərin ölkə xaricinə səyahət etməməsi tövsiyə edilib.

Vaksinasiya sayəsində pandemiyanın nəzarətə alındığını düşünən hökumət fevraldan koronavirus məhdudiyyətlərini yumşaltmağa başlayıb, aprelin 19-dan açıq məkanlarda, iyunun 15-dən qapalı məkanlarda maska taxmaq məcburiyyətini ləğv edib.

Ölkədə iyunun 6-da 216-ya qədər azalan yoluxma sayı son günlər 789-a qədər yüksəlib.