“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, atəşkəs elan olunandan sonra Qəzza şəhərinin sakinləri bu fürsətdən istifadə edərək, mağazalara və banklara axışıblar. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri 3 həftəlik atəşkəsin elan edilməsinə nail ola bilməsə də Qəzza zolağı sakinləri buna da şükr edirlər.
Atəşkəsin daha uzunmüddətli olmasını arzu edən Qəzza sakinləri 12 saat ərzində növbəti günlər üçün ərzaq ehtiyatı əldə etməyə çalışır.
İsrail ordusu humanitar atəşkəsin bu gün yerli vaxtla saat 8-də başladığını elan edib. Təxminən 40-45 dəqiqədən sonra atəşkəsin müddəti başa çatır. Bundan sonra nə baş verəcək? Bütün dünya həyəcanla hadisələrin bundan sonrakı inkişafını həyəcanla gözləyir.
Son anda alınan məlumata görə Qəzza zolağına İsrail ordusu yenidən 5-6 raket atıb. Bu haqda informasiyanı Fələstindən saytın qaynar xəttinə bir oxucu zəng edib. O qeyd edir ki, Fələstin tərəfdən cavab atəşi açılmayıb. Hadisələrin sonrakı inkişafı barədə məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər