İsraildə 4 minə yaxın insan koronavirusa yoluxub

israilde-4-mine-yaxin-insan-koronavirusa-yoluxub
Oxunma sayı: 1221

İsraildə COVID-19 diaqnozu qoyulan xəstələrin sayı 405 nəfər artaraq 3865-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi açıqlama verib.

Xəstəlikdən 12 nəfər həyatını itirib, 89 nəfər isə sağalaraq evinə buraxılıb. 66 pasientin vəziyyətinin isə ağır olduğu bildirilib.

Qeyd edək ki, dünya üzrə koronavirusa 664,590 insan yoluxub. Ölümlə nəticələnən halların sayı isə 30,890-a çatıb.