İsraildə 5-11 yaşlı uşaqların peyvənd olunmasına icazə verildi

israilde-5-11-yasli-usaqlarin-peyvend-olunmasina-icaze-verildi
Oxunma sayı: 1001

İsrail Səhiyyə Nazirliyi poliklinika və xəstəxanalara 5-11 yaşlı uşaqların xüsusi hallarda koronavirusa qarşı peyvənd edilməsinə icazə verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Bildirilir ki, COVİD-in ağır formasının inkişafı və yoluxma zamanı ölüm riskinin olduğu hallarda 5-11 yaşlı uşaqlara vaksin vurula bilər.

Qeyd edək ki, İsraildə ötən ilin dekabrından “Pfizer” vaksini ilə peyvəndlənmə başlayıb.