İsraildə də üçüncü doz vaksinə icazə verildi

israilde-de-ucuncu-doz-vaksine-icaze-verildi
Oxunma sayı: 1495

İsrail rəsmiləri iki doz “Pfizer/BionTech” vaksini vurulan immuniteti zəif şəxslərin üçüncü doz peyvəndləmədən keçməsini təsdiqləyiblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun “Delta” ştammının sürətlə yayıldığı ölkədə gündəlik yoluxma sayı 450-yə çatıb.

Səhiyyə naziri Nitzan Horovitz bildirib ki, bu qərar təcili olaraq qüvvəyə minəcək:

“İki doz “Pfizer/BionTech” vaksini vurdurub, immuniteti aşağı olanlar üçüncü dozu da vurduracaq”.

Əhalinin qalan hissəsinin üçüncü doz vaksinasiyadan keçib-keçməyəcəyi ilə bağlı açıqlama verilməyib.