İsrail Hava Qüvvələrinə aid vertolyot Nəcəf Çölündəki Ramon Hava Bazasında təlim uçuşu zamanı qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.
Məlumata əsasən helikopterin qəzaya uğraması nəticəsində mayor rütbəsində olan pilot həlak olub, bir leytenant isə ağır yaralanıb.
Qəzadan sonra hava bazasındakı bütün hərbi uçuşlar dayandırılıb və hadisə ilə bağlı istintaq başlayıb.
Son xəbərlər
Son Xəbərlər