İsraildə koalisiya hökuməti quruldu

israilde-koalisiya-hokumeti-quruldu
Oxunma sayı: 1864

İsrailin “Yeş atid” partiyasının lideri Yair Lapid prezident Reuven Rivlinə 23 mart seçkilərinin nəticələrinə əsasən koalisiya hökuməti qurmağa müvəffəq olduğunu bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Lapid Tvitterdə yazıb.

“Mən prezident Reuven Rivlinə hökumət koalisiyasının formalaşmasını uğurla başa çatdırdığımı bildirdim”.

Məlumat İsrail Prezidentinin ofisindən təsdiqlənib: 

““Yamina” rəhbəri Naftali Bennet Baş nazir, “Yeş Atid” rəhbəri Yair Lapid alternativ Baş nazir olacaq. Təxminən 2 il sonra yerdəyişmə ediləcək. Lapid Baş nazir, Bennet isə alternativ Baş nazir olacaq”.

Lapid prezidentlə telefon danışığında hökuməti “Yeş Atid”, “Kahol-Lavan”, “Yamina”, “Avoda”, “Bizim ev-İsrail”, “Tikva Hadaşa”, “Merets” və “RAAM” partiyalarının dəstəkləyəcəyini bildirib.

Binyamin Netanyahu yeni hökumət and içənədək müvəqqəti Baş nazir olacaq. O, 2009-cu ildən Baş nazir postunu tutur.