İsraildə koronavirusa yoluxanların sayı daha 229 nəfər artaraq 13 883-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, xəstəlik səbəbindən ümumilikdə 181 nəfər həyatını itirib, 4 353 pasiyent isə sağalaraq evinə buraxılıb.
Qeyd edək ki, İsraildə koronavirusun yayılması səbəbiylə ictimai və şəhərlərarası nəqliyyat dayandırılıb.
Son xəbərlər
Son Xəbərlər