İsraildə koronavirusa yoluxanların sayı 9 mini keçdi

israilde-koronavirusa-yoluxanlarin-sayi-9-mini-kecdi
Oxunma sayı: 708

İsraildə koronavirus infeksiyasına yoluxanların sayı 9,006-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, son 24 saat ərzində 102 yeni yoluxma faktı aşkarlanıb. Xəstəlik səbəbindən ölənlərin sayı isə daha 3 nəfər artaraq 60-a çatıb. Ümumilikdə 585 pasiyent müalicə olunaraq sağalıb.

Qeyd edək ki, İsraildə koronavirusun yayılması səbəbilə martın 15-dən etibarən marketlər, apteklər, yanacaqdoldurma məntəqələri və banklar istisna olmaqla bir çox ticarət müəssisəsinin fəaliyyəti dayandırılıb, 2 nəfərdən çox insanın bir yerə toplaşması qadağa olunub.