İsraildə koronavirusdan ilk ölüm qeydə alındı

israilde-koronavirusdan-ilk-olum-qeyde-alindi
Oxunma sayı: 2270

İsraildə 88 yaşlı vətəndaşın koronavirusdan ölməsi ilə xəstəlikdən ilk ölüm halı qeydə alınıb.

"Qafqazinfo" "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi açıqlama verib. Pasientin "Covid-19"dan başqa bir sıra xroniki xəstəliklərdən də əziyyət çəkdiyi məlum olub. 

Qeyd edək ki, İsraildə ümumilikdə 705 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.