İsraildə koronavirusun ikinci dalğası başladı

israilde-koronavirusun-ikinci-dalgasi-basladi
Oxunma sayı: 3553

İsraildə koronavirus epidemiyasının ikinci dalğası başlayıb.

“Qafqazinfo” “The Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (TSAHAL) hərbi kəşfiyyat idarəsi yanında Covid-19-la mübarizə milli informasiya mərkəzinin hesabatında deyilir.

Məlumata görə, epidemiyanın artması iyulda minlərlə yeni yoluxma, yüzlərlə ölüm hadisəsinin yaranmasına səbəb olacaq.

“Yeni dalğa birinci dalğadan bəzi xüsusiyyətlərinə görə fərqlənəcək, ancaq o qədər də ciddi olmayacaq. Hazırkı yoluxmanın artması potensial olaraq yenidən ümumi karantin rejiminin tətbiqini zəruri edir.”, - deyə mərkəzin məlumatında bildirilir.

TSAHAL və Səhiyyə Nazirliyi vətəndaşların maskadan istifadəyə və profilaktik tədbirlərə laqeyd yanaşmasından narahatlığını bildirib.
Son günlər İsraildə sutkalıq yoluxma 200-300 arasında dəyişir. Mayda bu rəqəm 20 olub.

Qeyd edək ki, İsraildə 21 min 8 nəfər koronavirusa yoluxub, 307 nəfər dünyasını dəyişib. 15 min 761 nəfər isə xəstəliyə qalib gəlib.