İsraildə Netanyahu dönəmi rəsmən başa çatdı

israilde-netanyahu-donemi-resmen-basa-catdi
Oxunma sayı: 3345

İsraildə müxalifət partiyalarının qurduğu koalisiya hökumətinə parlamentdə etimad göstərilib.

“Qafqazinfo” "Sputnik"ə istinadən xəbər verir ki, bununla 12 illik Benyamin Netanyahu dönəmi başa çatıb.

Netanyahunun əleyhinə olan partiyaların dəstəklədiyi Miki Levin yeni parlament sədri olub. O, 120 deputatdan 67-nin səsini alıb.

Bundan başqa, “Yamin”in sədri Naftali Bennett baş nazir, “Yeş Atid”in rəhbəri Yair Lapid isə alternativ baş nazir olacaq. Təxminən iki il ərzində əvəzetmə aparılacaq, bundan sonra “Yeş Atid”in rəhbəri Yair Lapid baş nazir, “Yamin”in sədri Naftali Bennett alternativ baş nazir olacaq.

Netanhayu səsvermədən sonra müxalifət üçün ayrılmış yerə keçib.