İsraildə peyvənd olunanların sayı 1 milyona çatdı

israilde-peyvend-olunanlarin-sayi-1-milyona-catdi
Oxunma sayı: 1553

İsraildə Covid-19 peyvəndi tətbiq edilən vətəndaşların sayı 1 milyona çatıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Binyamin Netanyahu KİV-ə açıqlamasında bildirib.  O qeyd edib ki, 9,3 milyon insanın yaşadığı ölkənin 10 faizindən çoxuna vaksin vurulub. 

Qeyd edək ki, ölkədə peyvəndin tətbiqinə 20 dekabr tarixində start verilib.