İsraildə Qəzzada hərbi əməliyyatlara etiraz aksiyası keçirildi

israilde-qezzada-herbi-emeliyyatlara-etiraz-aksiyasi-kecirildi
Oxunma sayı: 1310

İsrailin Hayfa şəhərində Qəzza zolağında müharibəyə qarşı 300-ə yaxın adamın toplaşdığı mitinq keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “The Times of Israel” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, 2023-cü il oktyabrın 7-də Fələstinin Həmas hərəkatının hücumundan sonra İsrailin Şimal dairəsində ilk belə nümayişdir.

Bildirilib ki, əvvəlcə təşkilatçılara mitinqin keçirilməsinə icazə verilməsə də, onlar hakimiyyətin qərarından ölkənin Ali Məhkəməsinə şikayət edə biliblər.

Aksiya sol müxalifəti və İsrail ərəblərinin nümayəndələrini birləşdirib. Mitinqdə ərəblərin maraqlarını təmsil edən Hadaş partiyasının baş katibi Amjad Şbita çıxış edib. O, etirazçıların Qəzzada atəşkəs, əsirlərin mübadiləsi və İsraildə ərəblərin hüquqlarının müdafiəsi də daxil olmaqla tələblərini oxuyub.