İsraildə sinaqoqa raket atıldı

israilde-sinaqoqa-raket-atildi
Oxunma sayı: 1954

İsrailin cənubunda yerləşən Aşdod şəhərində sinaqoqa raket atılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Maqen David Adom” təcili yardım xidmətindən bildirilib.

Məlumata görə, raket sinaqoqa Şavuot mərasimindən 2 saat əvvəl atılıb. Xəsarət alan və ölən olmayıb. Raket zərbəsindən sonra sinaqoqda təmizlik işləri aparılıb və bayrama hazırlıqlar davam etdirilib.