İsraildə sinaqoqun tribunası çökdü - 2 ölü, 219 yaralı + Video + Yenilənib

israilde-sinaqoqun-tribunasi-cokdu
Oxunma sayı: 7279

İsrailin Qivat-Zeev qəsəbəsində sinaqoqun tribunası çöküb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, xeyli sayda insan yaralanıb. “Maqen David Adom” təcili yardım xidmətinin işçiləri 60-dan çox şəxsə tibbi yardım göstərdiklərini bildiriblər. Onlardan 10-nun vəziyyəti ağırdır.

İnsident zamanı sinaqoqda 600-dən çox şəxsin olduğu bildirilir.

***

Hadisə nəticəsində ölənlərin sayı artaraq 2 nəfərə çatıb. 

***

Ölənlərdən biri 12 yaşlı oğlan, digəri 40 yaşlı kişidir. Bundan əlavə, yaralıların sayı artaraq 167 nəfər olub. 

***

Yaralıların sayı artaraq 219 nəfər olub. Onlardan 15 nəfərin vəziyyəti ağırdır.