İsraildə son 10 ayda ilk

israilde-son-10-ayda-ilk
Oxunma sayı: 4605

İsraildə aprelin 22-də koronavirusdan ölən olmayıb.

“Qafqazinfo” “Times of Israel”ə istinadən xəbər verir ki, bu, son 10 ayda ilk dəfə qeydə alınmış hadisədir. Belə ki, sonuncu dəfə belə bir hal 2020-ci il iyunun 29-da yaşanıb.

Pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə koronavirusa 837 870 yoluxma faktı aşkarlanıb, onlardan 6 346-sı ölümlə nəticələnib.

İsraildə artıq 5 005 418 nəfər və ya əhalinin 54%-i koronavirusa qarşı vaksinin ikinci dozunu alıb. Kütləvi vaksinasiyadan sonra İsraildə həyat normallaşır.

Qeyd edək ki, daha əvvəl İsraildə küçədə maska taxmaq tələbi ləğv edilmişdi.