Bu gün İsraildə növbədənkənar parlament seçkiləri keçirilir.
“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, ölkədə 10 840 seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə saat 07:00-dan 22:00-a kimi keçiriləcək.
Seçici siyahılarında 6,4 milyondan çox vətəndaş var, lakin səs vermək hüququ olan yarım milyon israilli xaricdə yaşayır və seçkilərdə iştirak etməyəcək.
Bu, artıq İsraildə 11 ayda 3-cü parlament seçkiləridir. Keçən il aprel və sentyabr aylarında keçirilən seçkilərin sonunda hökumət koalisiyası qurmaq mümkün olmamışdı.
Qeyd edək ki, bu hal İsrail dövlətinin 72 illik tarixində ilk dəfə yaşanır.
Orxan Məmməd
Son xəbərlər
Son Xəbərlər