İsraildə sutkada 2 minə yaxın yoluxma

israilde-sutkada-2-mine-yaxin-yoluxma
Oxunma sayı: 1217

İsraildə son sutka ərzində daha 1 943 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 67 734-ə, virus qurbanlarının sayı isə 491-ə yüksəlib.

Bundan əlavə, indiyədək 32 722 nəfər sağalıb. Ölkədə 34 521 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 328-nin vəziyyəti ağır qiymətləndirilir.