İsrailin cənubunda Beerşeba şəhərində terror aktı törədilib.
“Qafqazinfo” “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı qadın dünyasını dəyişib, 11 nəfər isə yaralanıb.
Yaralılardan 5 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə ilə bağlı İsrail polisi də teleqram kanalında məlumat yayıb.
“Terrorçu zərərsizləşdirilib, cənub bölgəsindən çoxsaylı polis qüvvələri hadisə yerindədir”, - deyə qeyd olunub.