İsraildə terror aktı törədildi - Ölən və yaralananlar var-Yenilənib

israilde-terror-akti-toredildi
Oxunma sayı: 6974

İsrailin Yerusəlim şəhərinin Neve Yaakov yəhudi məhəlləsində sinaqoqa silahlı hücum olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Nəşrin məlumatına görə, atışmada şübhəli bilinən şəxs güllələnib.

İsrail polisinin məlumatına görə, hücum terror aktı kimi qiymətləndirilir.

***

İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı ölənlərin sayı artıb.

Hadisə zamanı 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

***

Yerusəlimdə sinaqoq yaxınlığında terror törədən şəxsin kimliyi bilinib.

O, HƏMAS quruplaşmasının üzvü olub.