İsraildə terror törədildi - Ölənlər var+Yenilənib

israilde-terror-toredildi
Oxunma sayı: 3136

Bu gün İsrailin Təl-Əviv şəhərinin mərkəzində silahlı atışma olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Yaralananlardan birinin vəziyyəti kritik qiymətləndirilir.

***

Tanınmış İsrail jurnalisti Barak Ravid Tviter hesabında bildirilib ki, Təl-Əvivdə terror hücumu olub. Nəticədə iki nəfər ölüb. Hücum edən şəxs hələlik tutulmayıb. O qeyd edib ki, hücumda 6 nəfər yaralanıb. Polis əhaliyə evdən çıxmamaq və qapıları kilidləməklə bağlı xəbərdarlıq edib.

***

Məlumata görə, terror hücumu nəticəsində 9 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır. İnsanlara atəş açanlardan biri zərərsizləşdirilib, digəri isə qaça bilib. Hazırda onun axtarışları aparılır.