İsraildə yeni yoluxmaların 90 faizi “Delta”dır

israilde-yeni-yoluxmalarin-90-faizi-deltadir
Oxunma sayı: 3245

İsraildə son günlərdə aşkarlanan koronavirusa yoluxma faktlarının 90 faizinin “Delta” ştammı olduğu bildirilib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə İsrailin “Kanal 12” televiziyasında məlumat verilib.

Bildirilib ki, yoluxmaların böyük qismi “Delta” ştammı olsa da, xəstəliyi ağır keçirənlərin sayı əvvəlki dalğa ilə müqayisədə azdır.

Ölkədə 2020-ci ilin dekabrında başlayan üçüncü dalğada hər 1000 yoluxmadan 20-30-nun xəstəliyi ağır keçirdiyi halda, “Delta” ştammında bunun 3-5 nəfər olduğu qeyd edilib.