İsraildəki aksiyalarda 18 nəfər saxlanılıb

israildeki-aksiyalarda-18-nefer-saxlanilib
Oxunma sayı: 691

İsrailin paytaxtı Təl-Əviv şəhərində məhkəmə islahatına qarşı keçirilən etirazlarda ümumilikdə 10 polis xəsarət alıb.

Bu barədə “Qafqazinfo” “Ynet” portalına istinadən xəbər verir.

Onun məlumatına görə, xəsarət alan polislərə tibbi yardım göstərilib.

Eyni zamanda 18 aksiya iştirakçısının saxlanıldığı bildirilir. Onlar polislərə hücumda, ictimai asayişin pozulmasında şübhəli bilinirlər.

Qeyd edək ki, etiraz aksiyaları bazar ertəsi axşam başlayıb. Buna səbəb ölkə parlamentinin müxalifətin razılaşmadığı məhkəmə islahatının birinci hissəsini təsdiqləməsi olub.