İsrail Xarici İşlər Nazirliyi sözçüsü Emmanuel Nahshon Taksimdə hücumun İsrail turist karvanına edildiyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, Nahshon hücumun 14 nəfərlik israilli turist karvanına edildiyini və yaralılardan 11-nin israilli olduğunu açıqlayıb.
Nazirlik nümayəndəsi bildirib ki, hadisə zamanı 3 İsrail vətəndaşı ölüb, digərləri isə müailicə alır.
Nahshon ABŞ-da olan Xarici İşlər Nazirliyinin baş katibi Dore Goldun ziyarətini yarıda kəsib İstanbula gələcəyini də açıqlayıb.
Qeyd edək ki, ötən gün İstiqlal küçəsində baş verən terrorda 5 nəfər ölüb, 36 nəfər yaralanıb. Ölənlərdən 3-ü israilli (Simha Siman Demri, Yonathan Suher, Avraham Godman” və bir İran vətəndaşı olub ( Ali Reza Razmhah).
Son xəbərlər
Son Xəbərlər