İsrailin baş naziri Naftali Bennet Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, daha sonra Almaniya kansleri Olaf Şoltsla danışıqlar aparmaq üçün Berlinə yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə israilli jurnalist Barak Ravid Tvitterdə yazıb.
O qeyd edib ki, İsrailin baş naziri Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb və Putinlə görüşü barədə ona məlumat verib.
Jurnalist məlumatlı mənbələrə istinadən bildirib ki, İsrail baş nazirinin ofisi Bennetin Moskvaya səfəri ilə bağlı Ağ Evi məlumatlandırıb.
Jurnalistin sözlərinə görə, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Bennetlə telefon danışığında onun Putinlə görüşü ilə bağlı heç bir etiraz bildirməyib.
Son xəbərlər
Son Xəbərlər