İsrailin Baş nazirinə daha bir təhdid məktubu göndərildi

israilin-bas-nazirine-daha-bir-tehdid-mektubu-gonderildi
Oxunma sayı: 1910

İsrailin Baş naziri Naftali Bennet ailəsini təhdid edən ikinci məktub alıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, İsrail dövlət polisi istintaqın təfərrüatlarını tamamilə məxfiləşdirib.

“Baş nazirin ailəsinə ünvanlanan və İsrail polisinə təhvil verilən içərisində güllə olan daha bir ölüm hədəsi məktubu fonunda istintaqın hər bir təfərrüatının dərcinə tam qadağanın qoyulduğunu bildiririk”, - departamentin mətbuat xidmətinin məlumatında deyilir. 

Qeyd edək ki, daha əvvəl də Naftali Bennet zərfdə güllə olan təhdid məktubu almışdı. Bundan sonra Bennetin və ailə üzvlərinin mühafizəsi gücləndirilib.