İsrail baş naziri Netanyahunun həyat yoldaşı dövlət vəsaitlərini xərcləməkdə ittiham edilir.
“Qafqazinfo” İsrail KİV-ə istinadən xəbər verir ki, polis Sara Netanyahuya qarşı cinayət işi açılmasını təklif edib. Birinci ledi vergi ödəyicilərinin pullarını çox dəbdəbəli həyatına xərcləməkdə ittiham edilir.
Polisin əlində cinayət işinin açılması üçün kifayət qədər dəlillər olduğu iddia edilir. Baş nazir isə facebook hesabında bildirib ki, KİV-in nə yazmasına baxmayaraq, həyat yoldaşı heç bir cinayət törətməyib.
Son xəbərlər
Son Xəbərlər