İsrailin birinci xanımı dünyasını dəyişdi

israilin-birinci-xanimi-dunyasini-deyisdi
Oxunma sayı: 1918

İsrail Prezidenti Reuven Rivlinin xanımı Nehama Rivlin vəfat edib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, birinci xanım uzun sürən ağciyər fibrozu xəstəliyindən sonra 73 yaşında dünyasını dəyişib. Bu barədə Baş Nazir Benyamin Netanyahunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, N. Rivlin İsrail rəhbəri ilə 1971-ci ildə ailə qurub.