İsrail Suriyadakı aviabazaya endirdiyi raket zərbələrinə görə cavab verməli olacaq.
“Qafqazinfo” xəbər verir ki, belə bir bəyanatla İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Velayəti çıxış edib:
“İsrailin Tifor hərbi aerodromuna qarşı cinayəti cavabsız qalmayacaq”.
Qeyd edək ki, İsrailin Homs əyalətində yerləşən Tifor aviabazasına raket hücumu nəticəsində yeddi iranlı müşavir həlak olub. Rusiya Müdafiə Nazirliyi hərbi bazaya İsrailin iki F-15 qırıcısının zərbə endirdiyini açıqlamışdı. Lakin qarşı tərəf hələ də Rusiyanın məlumatına şərh verməyib.
Son xəbərlər
Son Xəbərlər