İsrail hökuməti Beyrutun Dahiyə məhəlləsində “Hizbullah” tərəfindən istifadə edildiyi deyilən portativ rabitə qurğularının partlaması ilə bağlı təcili toplanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Qeyd olunub ki, iclas Baş nazir Benyamin Netenyahunun rəhbərliyi ilə keçirilir.
Görüşdə ölkənin müdafiə naziri Yoav Qalant və digər yüksəkvəzifəli şəxslər iştirak edirlər.
Məlumat üçün deyək ki, partlayış nəticəsində 5 nəfər həlak olub, 1500-dən çox yaralı var.
Son xəbərlər
Son Xəbərlər