İsrailin İsveçdəki səfirliyinin önündən partlayıcı qurğu tapıldı

israilin-isvecdeki-sefirliyinin-onunden-partlayici-qurgu-tapildi
Oxunma sayı: 903

İsrailin Stokholmdakı səfirliyinin qarşısında partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İsrailin İsveçdəki səfiri Ziv Nevo Kulman “X” hesabında paylaşım edib.

Diplomat baş verənləri terror cəhdi kimi qiymətləndirib.

O, həmçinin hadisəyə tez reaksiya verdiyi üçün İsveç hakimiyyətinə təşəkkür edib:

“Bizi terror qorxutmayacaq”.